Çörəyin qiymətində hər hansı bir artım gözlənilmi. rBu barədə Trend-ə Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Eldar Quliyev deyib.Millət vəkili qeyd edib ki, bu gün Azərbaycanda çörək boldur: “Gördüyünüz kimi, bu gün çörəyin qiymətində heç bir artım yoxdur. Çörək boldur və qiymətində artıq ehtimalı yoxdur”.E.Quliyev vurğulayıb ki, Azərbaycan özünü buğda ilə təmin edə bilir, buna baxmayaraq tələbatın az bir hissəsi idxal hesabına ödənilir: “Hər il kənardan buğda almışıq, bu il də alacağıq. Bildiyiniz kimi, Çexiya nümayəndə heyəti Azərbaycanda səfərdədir və onlar da Azərbaycana buğda ixrac etməyə hazır olduqlarını bildiriblər”.Millət vəkili onu da əlavə edib ki, statistikaya nəzər salsaq, görərik ki, son illər ərzində insanların çörəyə tələbatı azalıb, çörəkdən daha az istifadə edirlər.
Mənbə: Milli.Az