Qadin.NET / Facebook-da daha bir yenilik

Facebook-da daha bir yenilik

 

Facebook sosial şəbəkəsi istifadəçilərin profil səhifələri, qrup və tədbirlərdəki yazılarına edilmiş şərhlərə emosiyaları təsvir edən stikerləri əlavə etməyə imkan verib.Milli.Az ICTnews-a istinadən bildirir ki, indiyədək istifadəçinin öz emosional reaksiyasını təsvir etməyə imkan verən stikerlər Messenger tətbiqində və şəxsi mesajlarda əlçatan olub. Facebook-da stikerlər ilk dəfə ötən yay əlçatan olub.Şərhlərə əlavə edilmiş stikerlər mesajlarda olduğu kimi, eyni prinsip üzrə işləyir. İstifadəçinin ixtiyarında standart smaylik dəsti var, ancaq əlavə kolleksiyaları Facebook-un stiker mağazasından yükləmək olar. Bu kolleksiyalar hələ ki ödənişsizdir, amma gələcəkdə Facebook pul tələb edə bilər.Düşünürəm ki, stikerlər yazılara adi sözlərlə müqayisədə daha maraqlı cavab verməyə imkan verəcək. Siz kədərlənən dostunuzu dəstəkləyə və bir çox başqa reaksiyalarınızı ifadə edə bilərsiniz – sosial şəbəkənin tərtibatçısı Bob Bolduin öz Facebook səhifəsində yazıb.
Mənbə: Milli.Az

 

14 oktyabr 2014
GO BACK