Milli.Az RTV-yə istinadən bildirir ki, 57 yaşlı Xınalıq kənd sakini Hacıbala Mədəlovun evi yaşadığı kənd qədər məşhurdur. Xınalığa gələn turistlərin diqqətini cəlb edən bu evdə yaradılan muzeydə kəndin tarixini, mədəniyyətini əks etdirən minlərlə eksponat sərgilənir. Hacıbala Mədəlov bildirir ki, kiçik muzeyindəki eksponatları 1988-ci ildən toplamağa başlayıb. Minlərlə nümunənin sərgiləndiyi muzeyə əşyaların toplanması isə heç də asan başa gəlməyib.Maraqlısı budur ki, sərgilənən mədəniyyət nümunələrinin hamısı Xınalığa aiddir. Burda müxtəlif silahlar, pullar, xalçalar və əlyazmalar var. Bundan əlavə, küp qablar, müxtəlif məişət əşyaları, geyim nümunələri də turistlərin maraq göstərdiyi eksponatlardandır. Hacıbala Mədəlov ən qiymətli kolleksiyaların əlyazmalardan ibarət olduğunu qeyd edir. Ulu babalarından yadigar qalan bu əlyazmaların yaşı isə min illərlə ölçülür.Hacıbala Mədəlovun ən böyük arzusu muzeyindəki ekponatları artıraraq xarici ölkələrdə sərgilərini keçirməkdir.
Mənbə: Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.
[media=http://daytube.az/view=am7ka5y2]