Gündüz havanın temperaturu 20-26°-dək qalxacaqOktyabrın 14-16-da respublikanın rayonlarında hava şəraitinin nisbətən sabit, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, temperatur rejiminin bir qədər artacağı gözlənilir. Belə hava şəraiti bütün kənd təsərrüfatı işlərinin aparılması, o cümlədən məhsul yığımı, payızlıq dənli bitkilərin səpini üçün əlverişli olacaq.
Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz olacaq, Mülayim cənub küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova ANS PRESS-ə açıqlamasında bildirib ki, gecə 14-17°, gündüz 20-26° isti olacaq.
Nisbi rütubət gecə 75-85%, gündüz 60-65%, atmosfer təzyiqi 767 mm civə sütunundan 760 mm civə sütununa enəcək.
Rayonlarda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Bəzi qərb rayonlarında, Lənkəran-Astara ərazisində qısamüddətli yağış yağacaq. Şərq küləyi əsəcək. Aran rayonlarında gecə 11-16°, gündüz 21-26°, dağlıq ərazilərdə gecə 4-9°, gündüz 12-17° isti olacağı gözlənilir.
Mənbə: ANS PRESS