"Vonqfonq" qasırğası nəticəsində 2 nəfər ölüb, 75 nəfər xəsarət alıb. Yaponiyada tüğyan edən "Vonqfonq" tropik qasırğası ölkənin mərkəzi hissəsində daşqın və torpaq sürüşmələrinə səbəb olub. Xüsusilə, Miyaqi prefekturasında güclü daşqın baş verib. Qasırğa nəticəsində azı 2 nəfərin öldüyü, 75 nəfərin isə xəsarət aldığı bildirilir. "Vonqfonq" qasırğası Yaponiyanın cənubundakı Okinava adasında fəsadlara səbəb olduqdan sonra ölkənin mərkəzinə doğru irəliləyib. Gecə ərzində paytaxt Tokiodan və Osaka şəhərindən də keçən tayfun burada da leysan yağışlara, ağacların aşmasına və digər fəsadlara yol açıb.
Mənbə: Milli.Az