Qadin.NET / Zəlimxan Yaqubdan son xəbər

Zəlimxan Yaqubdan son xəbər

 

Zəlimxan Yaqubdan son xəbər

Həkimlər böyrək transplantasiyası ilə bağlı heç bir məlumat vermirAzərbaycanın xalq şairi Zəlimxan Yaqub uzun müddətdir ki, xəstəliyinə görə efirlərdə və ictimaiyyətdə görünmür.O, ANS PRESS-ə açıqlamasında səhhəti barədə danışıb. “Səhhətim nisbətən normaldır. Müalicələri davam etdirirəm. Yarım ay sonra müayinə üçün yenə də Almaniyaya gedəcəm. Həkimlər böyrək transplantasiyası ilə bağlı heç bir məlumat vermir”, - deyə Zəlimxan Yaqub bildirib. 

Qeyd edək ki, xalq şairi böyrək çatışmazlığı və xərçəngdən əziyyət çəkir. Şair 2012-ci ilin əvvəlində Almaniyada cərrahiyyə əməliyyatı keçirib və hər iki böyrəyi çıxarılıb. Həmin vaxtdan sonra daim həkim nəzarətində olan şair mütəmadi olaraq dializə gedir. Sonradan elə Almaniyada ona böyrək transplantasiya olunmalı idi. Lakin bununla bağlı əməliyyat bir neçə dəfə təxirə salınıb.

Mənbə: ANS PRESS

14 oktyabr 2014
GO BACK