Qadin.NET / Pis həkimləri tutacaqlar

Pis həkimləri tutacaqlar

Pis həkimləri tutacaqlar
Xəstəyə kömək göstərməyən tibb işçisi 2 ilədək azadlıqdan məhrum ola bilər.ANS TV-nin məlumatına görə, bir neçə gün öncə doğuş zamanı uşaq ölümü ilə bağlı məlumatlar yayılıb. Xəbərə əsasən, hamilə xanım yaxınlıqda yerləşən xəstəxanaya müraciət etsə də, orada onu qəbul etməyiblər. Daha sonra Respublika Perinatal Mərkizinə gətirilən qadın doğuş zamanı uşağını itirib. Son zamanlar isə belə hallarla tez-tez rastlaşırıq. Özü də

həkim qəbuluna düşmək nəinki paytaxtda, rayonlarda da qeydə alınır. Bu səbəbdən də bəzi pasientlərin vəziyyəti ağırlaşıb, bəziləri uşaqlarını itirib, bəziləri isə artıq o biri dünyadadır. Əksər hallarda isə xəstələrə bildirilir ki, onlar ünvanı üzrə tibb ocağına müraciət etməyiblər.
Səhiyyə haqqında qanunun 10-cu maddəsinə əsasən Azərbaycan vətəndaşı olan hər kəs istənilən tibb müəssisəsini və hətta həkimi seçmək iqtidarındadır. Bu isə o deməkdir ki, misal üçün, Kürdəmir rayonunda qeydiyyatda olan vətəndaş asanlıqla Sumqayıt şəhərində müalicə və müayinə oluna bilər. Əks halda isə həmin həkim inzibati yox, bir başa cinayət məsuliyyəti daşıyır. Cinayət məcəlləsinin 142-ci maddəsinə əsasən xəstəyə kömək göstərməyən tibb işçisi 2 ilədək azadlıqdan məhrum ola bilər. 
Hüquqşünas Tahir Əlirzayev deyir ki, xəstəni qəbul etməyən tibb müəsisəsinin özü bilavasitə qanunun tələblərini pozmuş sayılır. Onun sözlərinə görə qanunvericilikdə ele bir qayda yoxdur ki, xəstə ancaq öz ərazisindəki tibb müəssisəsinə müraciət etməlidir. 
Həkimlər öz peşəsini icra etməzdən öncə Hippokrat andı içir. Bu andda isə istənilən tibbi yardıma ehtiyacı olan insanlara kömək etmək kimi bir öhdəlik yer alır. Bu məsələ ilə bağlı dəfələrlə Səhiyyə Nazirliyinə müraciət etdik. Qurumun mətbuat xidmətindən müsahibə verməsələr də şifahi olaraq bildirdilər ki, səhiyyə ocaqlarında xəstələrin qəbulu onların qeydiyyatı üzrə aparılır. Yəni pasientlərə qeydiyyatda olduğu rayonda tibbi xidmət göstərilir. Yalnız təxirəsalınmaz hallarda xəstəyə gətirildiyi səhiyyə ocağında yardım göstərilə bilər. Burada isə bir məsələ aydın olmur, məgər doğuş sancıları keçirən və ya ağır kəllə beyin travması alan bir vətəndaşın halı təxirəsalınmaz kimi qəbul ed

Mənbə: ANS PRESS

14 oktyabr 2014
GO BACK