Qadin.NET / Azərbaycanda ailədaxili problemlərin həllinə onlar yardım edəcəklər

Azərbaycanda ailədaxili problemlərin həllinə onlar yardım edəcəklər

 

Azərbaycanda ailədaxili problemlərin həlli üçün ailə psixoloqu institutunun yaradılacağı gözlənilir.
Azərbaycan hökumətindən Trend-ə verilən məlumata görə, bu, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq yeni hazırlanan “Azərbaycan Ailəsi Strategiyası” layihəsindəki təkliflərdən biridir.
Ailə psixoloqu institutunun yaradılması bu gün üçün çox mühüm məsələdir. Çünki mövcud durumda ailədaxili məsələlərin tənzimlənməsi, ailədə normal mühitin yaranması çox vacibdir.
Hesab edilir ki, kənar müdaxiliə olduqda, qadın və kişinin psixoloji, fizioloji uyuşması düzgün olmadıqda ailədəki münasibətlərdə gərginlik yaranır. Bu da sonra münaqişələrə və cinayət hadisələrinin baş verməsinə gətirib çıxarır. Ailə psixoloqu institutlarının yaradılması yolu ilə bu kimi problemlərin həll edilməsi nəzərdə tutulur.
Artıq strategiya layihəsinin işçi qrup səviyyəsində ilk müzakirəsi keçirilib. Sənəd daha da təkmilləşdirildikdən sonra rəy alınması üçün digər dövlət qurumlarına göndəriləcək.

Mənbə: Milli.Az

 

14 oktyabr 2014
GO BACK