Qadin.NET / Bu günün tarixi (14.10.2014)

Bu günün tarixi (14.10.2014)

 

Bu günün tarixi (14.10.2014)

Miladi: 14 oktyabr 2014
Hicri: 19 Zülhəccə 1435
İlin 287-cı günü
İlin sonuna 78 gün qalır
Bu günün namaz vaxtları:
Fəcr - 06.40
Günəş - 07.49
Zöhr - 13.31
Əsr - 17.03
Məğrib – 19.19
İşa – 20.35
1092-ci ildə görkəmli siyasətçi Nizamülmülk vəfat edib
1743-cü ildə Şirvanda üsyan. Üsyançılar Ağsu şəhərini ələ keçirdilər
1890-cı ildə 34-cü Amerika prezidenti Duayt Eyzenhauer dünyaya gəlib
1924-cü ildə Tacikistan SSR qurulub
1938-ci ildə İran şahbanusu Fərəh Pəhləvi dünyaya gəlib
1963-cü ildə rus modelyeri Valentin Yudaşkin anadan olub
1964-cü ildə Marin Lüter Kinq Nobel mükafatı alıb 
1964-cü ildə Brejnev Sovet İttifaqının rəhbəri oldu
1974-cü ildə Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadə vəfat edib 
1981-ci ildə Misirin devrilmiş prezidenti Hüsnü Mübarək hakimiyyətə gəlib
1993-cü ildə BMT Qarabağa dair 874 saylı qətnaməni qəbul edib
1994-cü ildə Yasir Ərəfat, Şimon Peres və İshak Rabinə Nobel Sülh Mükafatı verildi
1999-cu ildə Azərbaycan Respublikası Benin ilə diplomatik əlaqələr qurub 
2006-cı ildə Dağlıq Qarabağın Azərbaycan icması Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçib
2009-cu ildə Bursada keçirilən Türkiyə-Ermənistan milli matçı zamanı Azərbaycan bayraqlarının stadiona buraxılmaması ilə bağlı FİFA baş katibi və təşkilat komitəsi sədrinin imzası ilə Türkiyə Futbol Federasiyasının baş katibi Əhməd Güvənərə göndərilən məktubun icrasından sonra Azərbaycan və Türkiyə arasında bayraq qalmaqalı başlayıb 
2011-ci ildən bütün dünyada Stiv Cobs günüdür

Mənbə: ANS PRESS

 

14 oktyabr 2014
GO BACK