Qadin.NET / Putini yerə yıxacam

Putini yerə yıxacam

Putini yerə yıxacam
Avstraliyanın baş naziri Toni Ebbot Rusiya prezidenti Vladimir Putini hədələyib.ANS PRESS-in məlumatına görə, T.Ebbot bəyan edib ki, "Böyük İyirmilik"in sammitində V.Putin Donetskdə qəzaya uğrayan Malayziya hava yollarına məxsus Boeing-777 sərnişin təyyarəsi ilə bağlı suallara ciddi şəkildə cavab verməli olacaq.Rusiya ilə gələcək münasibətlərə gəlincə, baş nazir bildirib ki, Putinə qarşı Avstraliya futbolunda tətbiq edilən "shirtfront"dan istifadə edəcək.""Shirtfront" - bu deməkdir ki, rəqibinlə toqquşarkən onu yerə yıxıb, topu götürüb qaçmaqdır. Məhz bu üsulla Putinə hücum edəcəm. Cənab Putin buna əmin ola bilərsiniz", deyə Ebbot bildirib.T.Ebbot bildirib ki, Boeing-777-də olan 38 Avstraliya vətəndaşı məhz Rusiyanın dəstəklədiyi separatçılar tərəfindən öldürülüb. Ona görə də sammitdə Putinin əlini sıxsam, xalqımın xoşuna gəlməyəcək.

Mənbə: ANS PRESS

13 oktyabr 2014
GO BACK