Qadin.NET / Hitler narkomanmış

Hitler narkomanmış

 

Hitler narkomanmış

"Adolf Hitler narkotiklər və psixotrop preparatları daim qəbul edirdi".ANS PRESS-in məlumatına görə, bu iddia ilə ABŞ kəşfiyyatı çıxış edib. İddialara görə, 1943-cü ildə Hitler Mussoliniylə görüşündən əvvəl metamfetamina maddəsini qəbul edib və bu ona iki saat ərzində emosional çıxış etməyə imkan verib. 
Adolf Hitler narkotik aludəçisi olub. ABŞ-ın hərbi kəşfiyyatının arxiv sənədlərində bu barədə qeyd olunub. Hitlerə sui-qəsd edilməsi ilə bağlı film çəkən "Channel 4" telekanalı mənbələrdən istifadə edərkən bu məlumatları əldə etməyi bacarıb. 
Hitlerin şəxsi həkimi Teodor Morelemlə ABŞ xüsusi xidmət orqanlanı əməkdaşlarının söhbətlərinə əsaslanan Hitlerin fiziki vəziyyəti haqqında tibbi hesabatlardan məlum olub ki, fürer tibbi preparatların 74 növündən istifadə edib.
Hitlerin həkimi onun ölümündə narkotik vasitələrdən istifadənin əsas rolunun olduğunu bildirib. Müharibənin son günlərində Hitler bunkerdə çox təsirli dərmanlarla qalırdı.

 

Mənbə: ANS PRESS

13 oktyabr 2014
GO BACK