Qadin.NET / Bakıda yeni piyada keçidi istifadəyə verilir

Bakıda yeni piyada keçidi istifadəyə verilir

 

Bakıda yeni piyada keçidi istifadəyə verilir

Paytaxtın Babək prospekti ilə Telnov küçəsinin kəsişməsində tikilən yeni yeraltı piyada keçidinin tikintisi başa çatmaq üzrədir. Keçiddə son tamamlanma işləri aparılır.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, artıq əsas işlər yekunlaşıb. Hazırda tavan hissəsinin rənglənməsi, işıqlandırma sisteminin və məhəccərlərin quraşdırılması işləri gedir.
Qeyd edək ki, keçidin uzunluğu 88, eni 8, hündürlüyü 3 metrdir. İki giriş-çıxışı olacaq keçiddə əlil arabalarının hərəkəti üçün xüsusi yer, müasir işıqlandırma, qrunt sularının kənarlaşdırılması üçün nasosxana nəzərdə tutulub.
Oktyabr ayının sonuna kimi bütün işlər yekunlaşacaq.

 

Mənbə: ANS PRESS

13 oktyabr 2014
GO BACK