Qadin.NET / Məşhur futbolçu ebolaya yoluxub?

Məşhur futbolçu ebolaya yoluxub?

 

Məşhur futbolçu ebolaya yoluxub?

Dünyanın ən təhlükəli xəstəliklərindən biri olan ebola idmançılara da çatdı. Belə ki, "Milan"nın oyunçularından birinin ebolaya yoluxması barədə məlumat yayılıb. ANS PRESS-in məlumatına görə, Maykl Essien ölümcül xəstəlikdən əziyyət çəkir. Lakin futbolçu bu barədə xəbərləri təkzib edib. O, İnstaqram səhifəsində bildirib ki, özünü əla hiss edir. 
"Mənim ebola ilə yoluxmağım barədə deyilənlər doğru deyil. Mən özümü yaxşı hiss edirəm və sabah həmişəki kimi məşqdə olacağam". 
Qeyd edək ki, son həftələrdə sürətlə yayılan xəstəlik artıq 4 mindən artıq insanın ölümünə səbəb olub. Xəstəlik get-gedə yayılma sahəsini genişləndirir. Belə ki, son olaraq Makedoniyada Britaniya vətəndaşı eboladan ölüb. 
Xəstəlik əlamətləri olan xəstələr Çexiya, İspaniya, Braziliya da da aşkarlanıb.

 

Mənbə: ANS PRESS

13 oktyabr 2014
GO BACK