Rasim Balayevdən xəbər var
Azərbaycanın xalq artisti Rasim Balayevin şəkər xəstəliyinə görə vəziyyətinin ağırlaşdığı və ayağında yara yaranması məlumatı yayılıb.Aktyor özü ANS PRESS-ə açıqlamasında səhhətinin pisləşməsinə aydınlıq gətirib.. “Hər şey qaydasındadır. Camaat insulin vurdurur. Məndə isə buna ehtiyac yoxdur. Şəkəri yüngül keçirirəm. Hazırda müalicəmi davam etdirirəm, daima həkim nəzarətindəyəm", - deyə aktyor bildirib. Rasim Balayev onu da qeyd edib ki, “hər kəs xəstələnə bilər, onlardan biri də mənəm. Və bunu reklam etmək istəmirəm”.
Mənbə: ANS PRESS
13 oktyabr 2014
GO BACK