Qadin.NET / Bu gecə də həyəcan olacaq

Bu gecə də həyəcan olacaq

 

Bu gecə də həyəcan olacaq

Futbol üzrə Avropa çempionatının (Avro 2016) seçmə mərhələsinin qrup oyunları bu gün 9 matçla davam edəcək. 
ANS PRESS-in məlumatına görə, "A", "B" və "H" qrupunda bir-birindən maraqlı görüşlər baş tutacaq. 
Azərbaycan yığması da seçmə mərhələdəki növbəti oyununu keçirəcək. Komandamız Xorvatiya millisi ilə üz-üzə gələcək. 
Seçmə mərhələnin qrup oyunlarından Qazaxıstan - Çexiya matçı 21:00-da baş tutacaq. Digər oyunlar isə yerli vaxtla 23:45-də keçiriləcək. 
Bu gün baş tutacaq oyunlar bunlardır: 
"A" qrupu: 
Qazaxıstan - Çexiya 
İslandiya - Hollandiya 
Latviya - Türkiyə 
"B" qrupu: 
Andorra - İsrail 
Bosniya və Hersoqovina - Belçika 
Uels - Kipr 
"H" qrupu: 
Xorvatiya - Azərbaycan 
Malta - İtaliya 
Norveç - Bolqarıstan

 

Mənbə: ANS PRESS

13 oktyabr 2014
GO BACK