Qadin.NET / Kitabımız farsları heyran qoyacaq

Kitabımız farsları heyran qoyacaq

Kitabımız farsları heyran qoyacaq
Tacikistan və Şərqin fars dilində danışan başqa dövlətləri Azərbaycanın ümumi milli lideri Heydər Əliyevlə yaxından tanış olacaqlar. "Heydər Əliyev. Şəxsiyyət və epoxa" çoxcildlik araşdırma romanı tacik dilinə tərcümə edilib. Müəllif, tanınmış yazıçı və publisist Elmira Axundova bir neçə ay qabaq bu əsərə görə ədəbiyyat sahəsində Azərbaycanın dövlət mükafatına layiq görülüb.Sabah oktyabrın 14-də Düşənbədə yeni kitabın təntənəli açılışı olacaq. Tədbirə yazıçılar və şairlər, Tacikistanın və Azərbaycanın ictimai xadimləri qatılacaqlar."Bu çox cildlik romanı həyatımın əsas işi sayıram", - deyə ANS PRESS-in müxbirinə Elmira Axundova bildirib. "Kitabı yazmağa 10 ilim gedib. Və mən hədsiz dərəcədə xoşbəxtəm ki, Azərbaycanın yeni tarixinin banisi olan Heydər Əliyevin həyat və fəaliyyəti barədə kitabım fars dilinə tərcümə edilib".Axı Şərqin dahi şair və yazıçıları məhz bu dildə yazıblar. Qeyd edək ki, kitabın təqdimatı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Tacikistana ilk rəsmi səfəri ərəfəsində keçirilir. 

Mənbə: ANS PRESS

13 oktyabr 2014
GO BACK