Bakı və Abşeron Yarımadası Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğuna daxil olan Keyrəki vulkanında püskürmənin baş verməsinin zəlzələ ilə heç bir əlaqəsi yoxdur və bu püskürmə zəlzələlərin baş verməsinə təkan ola bilməz.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.
Onun sözlərinə görə, vulkanın püskürməsinin səbəbi ərazidə enerjinin toplanması ilə əlaqədardır: “Vulkanlar enerji toplayırlar, daha sonra onu çıxarmaq üçün arabir püskürürlər. Bu vulkanda da sonuncu püskürmə 2002-ci ilə baş verib. Artıq 12 il keçib, enerji toplayıb, indi də onun nəticəsində püskürüb”.
A.Əliyev bu vulkanda püskürmənin baş verəcəyinin gözlənildiyini də qeyd edib: “Vulkanın püskürəcəyini proqnozlaşdırmaq çətindir. Ancaq bu işlə məşğul olan adam kimi mən bilirdim ki, haradasa 1 il ərzində bu vulkan püskürməlidir. Bunu qabaqcadan bilmək olur, amma vulkanın nə zaman, hansı ayda, necə püskürəcəyini demək çətindir”.
Hazırda institutun mütəxəssislərinin ərazidə tədqiqat apardıqlarını deyən professorun sözlərinə görə, adətən hər il Azərbaycanda 3-5 vulkan püskürməsi baş verır. Bu baxımdan ölkənin digər vulkanlarında da yaxın zamanlarda püskürmənin baş verəcəyi ehtimal oluna bilər: “Hər il Azərbaycanda 3-5 vulkan püskürmə baş verır. Bunlar hər il baş verir, vulkanlar çox olduğu üçün püskürmələrin də olması təbiidir. Hansısa vulkan zəlzələdən sonra püskürür, hansısa vulkan ayrı səbəbdən püskürür”.
Xatırladaq ki, oktyabrın 12-də saat 12:50 radələrində Keyrəki vulkanında püskürmə qeydə alınıb. Vulkanda püskürmənin brekçiya axını 200 metrə qədər uzanıb.

Mənbə: Milli.Az