Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov APA-ya açıqlamasında deyib ki, bu il ölkədə havaların quraq keçməsindən sonra bəzi meşə sahələrinin sürüşmə ehtimalı var.
Əksər sürüşmə zonalarının Böyük Qafqazda olduğunu deyən S.Salmanov bildirib ki, əsas gözləntilər də həmin ərazilərdədir: “Bu da əsasən İsmayıllı və Şamaxı meşələrinin ərazilərinə düşür. Elə bir güclü sürüşmə gözlənilmir, sadəcə, bu il havaların quraq keçməsi nəticəsində bəzi meşələrin sürüşmə təhlükəsi ehtimal olunur. Sürüşmə üçün əsasən intensiv dövr payız aylarını əhatə edir”.
Sektor müdiri bundan əvvəl də bəzi meşə ərazilərində sürüşmənin olduğunu vurğulayıb: “Üç il öncə Şamaxı və İsmayıllı meşəsinin bir hissəsində sürüşmə baş verib. Bu il də meşə sahələrində sürüşmənin olacağı ehtimal olunur. Bu da quraqlıqla əlaqədardır”.