Qadin.NET / 7 rayon qazsız qalacaq

7 rayon qazsız qalacaq

 

7 rayon qazsız qalacaq

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bu gün saat 11:00-dan 12:00-dək Hacıqabul, saat 11:00-dan 13:00-dək Binəqədi və Nərimanov, saat 14:00-dan 16:00-dək Masallı, saat 15:00-dan 16:00-dək Yevlax, saat 16:00-dan 18:00-dək isə Sabunçu və Samux rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Fasilələrin yaranması qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır.

Mənbə: ANS PRESS

 

13 oktyabr 2014
GO BACK