Bu gün səhər saatlarında Ələt-Astara magistralının 91-ci kilometrliyində, yolun Biləsuvar rayonunun ərazisindən keçən hissəsində qeydə alınan qəzada ölənlərin kimliyi bilinib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, avtobusda olan sərnişinlərin əksəriyyəti Neftçala rayonunun Xıllı qəsəbəsindən Məşhəd ziyarətinə gedən zəvvarlar olub. İran İslam respublaksı vətəndaşı Fajir Nağı oğlu Fariborun idarə etdiyi iri tutumlu sərnişin avtobusu sozü gedən ərazidə sərt döngədə anidən idarəetməni itirib. Və aşaraq yol kənarına düşüb. Nəticədə aşan avtobus ciddi zədələnərək yararsız hala düşüb. Qəza nəticəsində Neftçalanın Xıllı qəsəbəsi sakinləri-53 yaşlı Afət Məhərrəmov, 55 yaşlı Elşad Məmmədov və 62 yaşlı Təbib Məmmədov hadisə yerindəcə keçinib. 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə cəlb edilən təcili yardım maşnları ilə xəsarət alanlar dərhal Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Qəzanın sürücünün sükan arxasında yatması səbəbindən baş verdiyi ehtimal olunur. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.