Qadin.NET / Jirinovskinin yeni sevdası

Jirinovskinin yeni sevdası

 

Jirinovskinin yeni sevdası

Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski ABŞ prezidenti Barak Obamanın arvadı Mişel Obama ilə görüşmək istəyir. ANS PRESS-in məlumatına görə. bu barədə Jirinovski Rusiya radiostansiyalarının birinə müsahibəsi zamanı bildirib. LDPR lideri deyib ki, liberal-demokratlar ABŞ-ın birinci xanımına məktub göndərərək onu Rusiyaya dəvət etmək istəyir. Jirinovski onunla qida məsələlərini müzakirə etmək niyyətindədir. 
ABŞ-ın birinci xanımı sağlam həyat tərzini təbliğ edən layihələrlə məşhurdur. O cümlədən, Mişel Obama məktəblərdə bublik və qayğanaq satılmasının əleyhinədir. LDPR lideri də Amerika prezidentinin bu təklifini dəstəkləyir. 

 

Mənbə: ANS PRESS

13 oktyabr 2014
GO BACK