Boliviyada dünən keçirilən prezident seçkilərinin ilkin nəticələri artıq məlumdur. Hazırki prezident Evo Morales növbəti dəfə ölkə başçısı seçilib. Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə, Evo Morales səslərin 61 faizini toplayıb.
Artıq Moralesin və onun 'Sosializmə doğru hərəkat' adlı partiyasının tərəfdarları namizədlərinin prezident seçkilərində qələbəsini bayram edirlər. Paytaxt La-Pasın mərkəzi meydanlarında, eləcə də Santa-Krus və Koçabamba şəhərlərində Moralesin və onun hərəkatının yüz minlərlə tərəfdarı toplaşıb.
Üçüncü dəfədir prezident postuna əyləşəcək Evo Morales Boliviyanın köklü xalqının nümayəndəsi olan ilk prezident kimi Boliviya tarixinə düşüb.
Mənbə: ANS PRESS