Qadin.NET / Nikahı puç edən... toylar

Nikahı puç edən... toylar

 

Dəbdəbəli toylar nikahların pozulmasının əsas səbəbidir

Brilliant xoşbəxt nikahın uzunömürlü olmasına mane olur. Modern.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu bəyanatla Emori Universitetinin alimləri 3 mindən çox yaşlı amerikalı ilə keçirilən araşdırmadan sonra çıxış ediblər. Alimlər belə qənaətə gəliblər ki, toy zamanı qızıl zinət əşyalarının alınmasına nə qədər çox xərc çəkilirsə, nikahın ömrünün çox olması şansı da bir o qədər azalır. Məsələn, qızıl-zinət əşyalarının alınmasına 2 min dollardan 4 min dollar qədər pul xərcləyən kişilər 500-2000 min dollar arası xərcləyən qadınlarla müqayisədə 1,3 dəfə çox boşanırlar. Bahalı  qızıl-brillianta üstünlük verən qadınlar arasında boşanmaların faizinin yüksək olduğu müəyyənləşdirilib.
Bundan əlavə, araşdırma zamanı məlum olub ki, toy mərasiminin xərci 20 min dolları keçənlər arasında boşanma 5 mindən 10 min dollara qədər xərcləyənlərlə müqayisədə 3,5 dəfə çox olub. Qəribəsi odur ki, üzüklərin alınmasına 500 dollardan az xərcləyənlər arasında da boşanma faizi yüksək olur.  

Mənbə: Milli.Az

 

13 oktyabr 2014
GO BACK