Qadin.NET / Moldova millisi Putinin cavabını verdi

Moldova millisi Putinin cavabını verdi

 

"Avro-2016"nın seçmə mərhələsi çərçivəsində keçirilən Rusiya - Moldova matçı heç-heçə bitib. ANS PRESS-in məlumatına görə, MDB dövlət başçılarının Mİnskdə keçirilən sammitində Rusiya və Moldova prezidentləri arasındakı insident bu qarşılaşmaya marağı artırırdı. Gərgin şəraitdə keçən oyunda rusların penalti zərbəsindən vurduğu qola moldovanlar bir dəqiqə sonra cavab verə biliblər. Avropanın güclü komandalarından sayılan Rusiya yığması uduzacağı gözlənilən moldovonların sərt müqaviməti ilə üzləşib. 
Qarşılaşmada 1:1 hesablı bərabərlik qeydə alınıb.
Rusiya - Moldova - 1:1
Qollar: Dzyuba, 73-pen (1:0), Epureanu, 74 (1:1)
Mənbə: ANS PRESS

 

13 oktyabr 2014
GO BACK