Qadin.NET / Hava haqqında

Hava haqqında

 

 

Milli.Az Azər Tac-a istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasındagünün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Cənub küləyi 9-14 m/s, gecə və səhər arabir 16-20 m/s sürətlə əsəcək.Havanın temperaturunun gecə 12-15°, gündüz 19-23°, Bakıda gecə 13-15°, gündüz 20-22° isti olacağı gözlənilir. 
Atmosfer təzyiqi 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək, lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Cənub küləyi 5-10 m/s sürətlə əsəcək. Temperaturun gecə 6-11°, gündüz 20-25° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Cənub küləyi 5-10 m/s sürətlə əsəcək, bəzi dağlıq ərazilərdə arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 2-7°, gündüz 10-15° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarındaəsasən yağmursuz keçəcək. Cənub küləyi 5-10 m/s sürətlə əsəcək, bəzi dağlıq ərazilərdə arabir 18-23 m/s-dək güclənəcək.
Havanın temperaturunun gecə 8-13°, gündüz 17-22° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var.Cənub küləyi 5-10 m/s sürətlə əsəcək, bəzi dağlıq ərazilərdə arabir 20-25 m/s-dək güclənəcək.
Havanın temperaturunun gecə 6-11°, gündüz 14-19° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman ehtimalı var. Cənub küləyi 5-10 m/s sürətlə əsəcək, bəzi dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 19-24° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi 5-10 m/s sürətlə əsəcək, bəzi dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 12-14°, gündüz 18-23°, dağlarda gecə 3-8°, gündüz 13-18° isti olacağı gözlənilir.

Mənbə: Milli.Az

13 oktyabr 2014
GO BACK