Bakıda vulkan püskürdü
Abşeronda ikinci ən böyük palçIq vulkanı püskürüb. Ətrafda yaşayan sakinləri qorxuya salan vulkandan ətrafa yayılan palçıq, onların evinin bir addımlığında olub.ANS TV-nin məlumatına görə, paytaxtın Binəqədi rayonu, Xırdalan şosesi, 13 ünvanında yerləşən palçıq vulkanı püskürüb. Ətraf ərazidə yaşayan sakinlərin sözlərinə görə, yaxın 10 il ərzində belə bir hadisə qarşılaşmayıblar. Vulkanın yaxınlığında yüzlərlə evlər tikilib ki, hər vulkan partlayışı onlar üçün təhlükə yarada bilər.Mütəxəssislərin fikirincə, vulkanın partlayış gücü əgər bundan dəfələrlə çox olsaydı, o zaman daş parçaları yaxınlıqdakı yaşayış məntəqələrinə düşə bilərdi ki, bu zaman sakinlər arasında təlafat qaçılmaz olacaqdır. Sakinlərin təhlükəsizliyi üçün əraziyə dərhal xeyli sayda rayon polis əməkdaşları cəlb olundu. Bundan əlavə rayon icra hakimiyyətinin, eləcə də Ekologiya Nazirliyinin əməkdaşları və bir qrup mütəxəssis hadisə yerinə idi.Vulkandan axan palçığın miqdarına və axtığı istiqamətə baxış keçirildikdən sonra açıqlama verən mütəxəssis Keyrəki vulkanının Azərbaycanda ən aktiv 2-ci vulkanı olduğunu bildirdi.“Bu vulkanın 16-cı püskürməsidir. Sonuncu püskürmə 2001-ci il iyun ayında qeydə alınıb. 7 aydan sonra vulkan təkrarən püskürüb. Bu isə 2002-ci ilin fevral ayına təsadüf edib” – deyə mütəxəssis Adil Əliyev qeyd edib.Ekologiya nazirliyinin rəsmisi isə bildirdi ki, əgər vulkanın püskürməsi bir neçə il öncə Lökbatanda baş vermiş hadisənin miqyasına bərabər olsaydı, bu zaman fəsadlar qaçılmaz olacaqdı.“Nazirlik mütəmadi olaraq vulkanın təhlükəliliyi ilə bağlı yerli əhali arasında geniş marifləndirmə tədbirləri aparırıq . Və mümkün qədər palçıq vulkanı daha uzaq ərazidə məskunlaşmağı onlara töhvsiyə edirik “ – deyə ekologiya nazirliyin nümayəndəsi Ceyhun Paşayev vurğulayıb.Vulkandan püskürən palçıq dağın şimal-şərq hissəsindən 200 metrdən artıq məsafəyə yayılıb. Xoşbəxtlikdən hadisə təlafatsız ötüşüb.
Mənbə: ANS PRESS
12 oktyabr 2014
GO BACK