Amerikada 113 yaşlı Anna Stoer sosial şəbəkədə qeydiyyatdan keçə bilsin deyə, yalan danışmalı olub. ANS PRESS-in məlumatına görə, sosial şəbəkənin tənzimləmələrində doğum tarixini 1905-dən artıq göstərmək mümkün olmur. Yaşlı qadın isə 1900-cü ildə anadan olub.Yaşlı qadının sözlərinə görə, o zamanlar onların nəinki avtomobili, telefonu, heç elektrik enerjisi də yox idi. İndi isə o, texnologiyanın inkişafından heyrətə gəlir. Artıq Anna elektron poçtdan asanlıqla isifadə edir, öz dostları ilə sosial şəbəkə vasitəsilə ünsiyyət qurur.Yeri gəlmişkən, tezliklə o, 114 yaşını qeyd edəcək və yəqin ki, bu haqda da sosial şəbəkədə ismarış qoyacaq.
Mənbə: ANS PRESS