Qadin.NET / Sevil Əliyevanın doğum günüdür

Sevil Əliyevanın doğum günüdür

Sevil Əliyevanın doğum günüdür
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qızı, prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın doğum günüdür. ANS PRESS-in məlumatına görə, bu gün Sevil xanım ad gününü qeyd edir. Üç övlad - bir qız, iki oğul anası olan Sevil xanım 12 oktyabr 1955-ci ildə Bakıda anadan olub. bəstəkar, tarixşünas, Gözəl bəstəkar, tarix elmləri namizədi uzun illərdir ailəsi ilə birlikdə Londonda yaşayır. Sevil Əliyeva atası ilə çox yaxın idilər. Onların ata-qız münasibətləri o dərəcədə möhkəm idi ki, anası Zərifə xanımın vəfatından sonra çox zaman atasını xarici səfərlərdə müşayiət edirdi. Siyasətlə məşğul olmağı düşünmədiyi açıqlayan Sevil xanım Vətəndən uzaqda yaşasa da Azərbaycanla əlaqəsini heç vaxt kəsmir. O, sonuncu dəfə Qurban Bayramında Azərbaycan xalqına öz təbrikini göndərmişdi. 
Valideynlərimin xatirəsini hər zaman əziz tutan Sevil Əliyevanın bu fikirləri uzaqdan da olsa qardaşı İlham Əliyevi dəstəklədiyini göstərir: "Azərbaycan prezidenti olan qardaşım, onun ölkə və Azərbaycan xalqının rifahı üçün atamın siyasətini davam etdirməsi ilə fəxr edirəm".
"Sevil" Qadınlar Məclisinin sədri, "SOS" Uşaq Kəndləri - Azərbaycan Assosiasiyasının fəxri prezidenti, eləcə də Space TV-nin qurucusudur. Təsadüfi deyil ki, Space TV-nin ad günü hər il Sevil Əliyevanın ad günü ilə bir gündə qeyd edilir. 
Sevil Əliyeva 1961-1971-ci illərdə orta məktəbdə, eyni zamanda musiqi məktəbində təhsil alıb. 1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakultəsini ərəb dili şöbəsində təhsilini davam etdirib. 1977-1980-cı illərdə Moskva SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında oxuyub. 1981-ci ildə elmi tədqiqatını uğurla başa çatdırıb namizədlik dissertasiyası müdafiə edib. Tarix elmləri namizədidir. 1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olub. 
Sevil Əliyeva 1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirir. Bir çox musiqi əsərlərinin müəllifi olmaqla yanaşı 20-yə yaxın filmin bəstəkarıdır. 2011-ci ilin noyabrında Moskvada Sevil Əliyevanın atası Heydər Əliyevin və anası Zərifə Əliyevanın xatirəsinə həsr etdiyi “Ze qaleri of Sevil” musiqi albomu təqdim olunub. 
Mərhum akademik Zərifə Əliyevaya həsr etdiyi “Ana” elegiyası bəstəkarın şah əsəri hesab etmək olar.

Mənbə: ANS PRESS

12 oktyabr 2014
GO BACK