Boliviya prezidenti Evo Morales xoşagəlməz halla üzləşib.ANS PRESS-in məlumatına görə, naməlum haker qrupu Boliviya televiziyasını rəsmi “Twitter” səhifəsini sındıraraq, ölkə prezidentinin ölməsi barədə xəbər yazıblar. Hakerlər tvitlərində, “Çili müharibəyə başladı. Seçki ləğv edildi. Ölkənin prezidenti isə hadisələrdən birində öldü” – deyə qeyd ediblər.Baş verən xoşagəlməz hadisədən sonra ölkənin rabitə naziri Amanda Davila xəbəri təkzib edib və prezidentin səhhətinin yaxşı olduğunu bildirib. Daha sonra Morales özü də dövlət televiziyasına sağlığı haqqında məlumat verib: “Mən yaşayıram, həyatdayam. Seçkidə
yenidən zəfər qazanmaqla, demokratiyanın inşasına davam edəcəyik.”
Qeyd edək ki, bu gün Boliviyada prezindent seçkisi keçiriləcək. Səsvermədə 6 milyon nəfərin iştirakı gözlənilir.
Mənbə: ANS PRESS