Qadin.NET / Azərbaycan idmançısı qalibi olub

Azərbaycan idmançısı qalibi olub

 

Azərbaycan idmançısı qalibi olub

Respublika Şahmat Mərkəzində uşaqlar arasında beynəlxalq turnir başa çatıb.Turnirdə Azərbaycan, Gürcüstan, Qazaxıstan , Rusiya və Fransanı təmsil edən 40-dan çox şahmatçı iştirak edirdi.
“Gənclik” şahmat klubunun direktoru, Azərbaycanın Əməkdar Məşqçisi Gennadi Gelman bildirib ki, İsveçrə sistemi üzrə keçirilən turnir yeddi turdan ibarət olub.
Azərbaycan şahmatçısı Andrey Mustafin 6,5 xal toplayaraq, yarışların qalibi olub. Fərid Aslanov liderdən yarım xal geri qalıb. Kamal Qocayevin və Qurban Bayramovun hərəsinin aktivində 5,5 xal var, lakin əlavə göstəricilər nəzərə alınmaqla bürünc medalın sahibi K.Qocayev olub.
Azərbaycanı təmsil edən qızlar arasında Nigar Mustafazadə ən yaxşı nəticə göstərib. Nigar 4,5 xal toplayaraq 6-cı yeri tutub.

 

Mənbə: ANS PRESS

12 oktyabr 2014
GO BACK