Qadin.NET / Gürcüstana getmək istəyənlərin nəzərinə

Gürcüstana getmək istəyənlərin nəzərinə

Gürcüstana getmək istəyənlərin nəzərinə
Gürcüstanda tətbiq olunan yeni viza rejimi ilə əcnəbi vətəndaşların ölkə ərazisində qalma şərtləri dəyişdirilib. ANS TV-nin Gürcüstan bürosundan verilən məlumata görə, Gürcüstan Xarici İşlər Nazirliyindən bildirilib ki, yeni qaydalara əsasən əcnəbilər, o cümlədən Azərbaycan vətəndaşları bu ölkədə 180 gün ərzində 90 gündən artıq olmamaq şərtilə vizasız qala bilər. Verilən 90 günlük limiti isə 180 gün müddətində bir, yaxud bir neçə dəfəyə istifadə etmək mümkündür. Bu ölkədə uzunmüddətli yaşamaq istəyən xarici vətəndaşlar isə qalma məqsədindən asılı olaraq 5 kateqoriyadan birini seçməklə viza əldə edə bilər. Bu kateqoriyalardan biri və ən çox istifadə olunan iş vizasıdır. Yeni qaydalar sentyabr ayının 1-dən qüvvəyə mindiyinə görə verilən 90 günün 39 günü artıq geridə qalıb. Növbəti 51 gün ərzində isə vizanı əldə edə bilmək üçün “geoconsul.gov.ge” saytına daxil olaraq ingilis dilində anketi doldurmalı, tələb olunan sənədlərin “scaner” olunmuş surətini anketə əlavə edərək Gürcüstanın Azərbaycandakı səfirliyini seçməliyik. Bundan sonra anketinə baxılan vətəndaş adıçəkilən səfirliyə dəvət olunur. Digər kateqoriyalara isə tələbə, diplomatik viza, sahibkarlıq fəaliyyəti, həmçinin ailənin birləşdirilməsi üçün viza aiddir. Yarım milyondan çox azərbaycanlının yaşadığı Gürcüstana ən çox səfər edən əcnəbilər də məhz həmvətənlərimizdir.Azərbaycanlı tələbə Aslan Nəcəfov deyir ki, 5 ilə yaxındır ki, Gürcüstanda təhsil alır. Bu müddətdə sərhəddə heç bir problemi olmayıb.Viza əldə etdikdən sonra Gürcüstanda ədliyyə evlərində müddətli yaşayış icazəsi də almaq lazımdır. Yeni qaydalara görə, viza almadan 90 gündən artıq Gürcüstan ərazisində qalan şəxs təxminən 80 manat, 180 gündən çox qaldıqda isə təxminən 160 manat məbləğində cərimə ödəməli olacaq. 

Mənbə: ANS PRESS

11 oktyabr 2014
GO BACK