MDB prezidentlərinin Minskdə baş tutan sammitində münaqişə yaranıb.ANS PRESS-in məlumatına görə, sammit zamanı Rusiya prezidenti Vladimir Putin ilə Moldova prezidenti Nikolae Timofti arasında mübahisə baş verib. Mübahisə Tacikistan prezidentinin çıxışı zamanı gərginləşib. Emoməli Rəhmon İŞİD terror təşkilatı və Əfqanıstandakı mövcud vəziyyətin MDB-yə xarici təhlükələr yaratdığını söyləyib. Bu zaman isə Rusiya və Moldaviya liderləri jestlərlə və baxışlarla qızğın müzakirə edirdi. Prezidentlər arasındakı atmacaları jurnalistlər konkret eşitmirdilər. Amma, elə bir təəssürat yaranmışdı ki, sanki prezidentlər indicə bir-birinin sinəsindən tutacaqlar.Hətta Qırğızıstan prezidenti Almazbek Atambayev qızğın mübahisənin böyüyəcəyindən ehtiyatlanaraq Belarus prezidenti Aleksandr Lukaşenkonu xəbərdar edib. Atambayev masadakı karandaşı götürərək Lukaşenkoya tələsik qeyd yazıb.Ancaq, xoşbəxtlikdən Lukaşenkonun münaqişəyə müdaxiləsinə ehtiyac qalmayıb. Prezidentlər mübahisəni yekunlaşdıraraq özlərini ələ almağı bacarıblar.
Mənbə: ANS PRESS