Türk futbol tarixinin ən qolçu futbolçusu Hakan Şükür "qızıl ayaq" mükafatına layiq görülüb.ANS PRESS-in məlumatına görə, daha əvvəl bir çox əfsanə futbolçunun qazandığı bu mükafat veteran futbolçuya Monakoda təqdim edilib.Hakan Şükür bununlada öz ayaq izini Monako sahilində ölümsüzləşdirəcək.
Qızıl ayaq mükafatı hər il, 28 yaşdan yuxarı futbolçulara kariyeralarında əldə etdikləri uğurlara görə verilir. Mükafat üçün jurnalistlər 10 namizəd müəyyən edir və namizədlər internet vasitəsi ilə seçilir.Qeyd edək ki, bu mükafata vaxtı ilə Ronaldo, Roberto Karlos, Ryan Qiqqz, Del Piero və Didier Droqba kimi ulduzlar layiq görülüb.
Mənbə: ANS PRESS