Qadin.NET / Azərbaycanda yeni şəhər

Azərbaycanda yeni şəhər

Azərbaycanda yeni şəhər
Yaxın gələcəkdə Ələt qəsəbəsi Qaradağ rayonunu tabeliyindən çıxaraq ayrıca şəhər statusu alacaq. ANS TV-nin məlumatına görə, Ələt qəsəbəsində son zamanlar bir sıra yeni sənaye obyektləri inşa edilir. Bundan əlavə sənaye şəhərinə çevriləcək qəsəbədə yeni limanının tikilməsi də planlaşdırılır.Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev deyir ki, Ələt şəhəri ideologiyalar əsasında yenidən qurulur. Cahangir Qocayev Ələt qəsəbəsində avtomobil nəqiliyyatı, dəmiryol və su nəqliyyatı olduğu kimi burada hava nəqliyyatınında olmasının vacibliyini vurğuladı.

Mənbə: ANS PRESS

11 oktyabr 2014
GO BACK