Qadin.NET / Hacılarımız qayıdır

Hacılarımız qayıdır

Bu gündən başlayaraq Həcc ziyarətini başa vuran hacılarımız vətənə qayıtmağa başlayırlar. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın ANS PRESS-ə verdiyi məlumata görə, zəvvarlar bu gündən etibarən Azərbaycana qayıdırlar. İlk qrup bu gün saat 14:06-da qayıdacaq. Bundan başqa gün ərzində 14:32, 16:06, 21:06, gecə 03:00-da da reyslər olacaq.Zəvvarlarımız Azərbaycana məxsus təyyarlərlə qayıdacaqlar. Ümumiyyətlə, ziyarətdən qayıdış reysləri oktyabrın 11-dən etibarən 15-i də daxil olmaqla hər gün olacaq. Xatırladaq ki, bu il Həcc ziyarətinə gediş reysləri sentyabrın 23-28-nə, qayıdış isə oktyabrın 11-15-nə planlaşdırılmışdı. İŞİD terroru ilə bağlı təhlükə səbəbindən gediş yalnız təyyarə ilə həyata keçirilib. Zəvvarlarımızı qrup rəhbərləri və həkim briqadası müşayiət edib.

Mənbə: ANS PRESS 

 

11 oktyabr 2014
GO BACK