Bir qrup alim tədqiqatlar zamanı Avstraliya sahillərində dəniz suyunun çirkab suların təmizlənməsi üçün istifadə oluna bilən bakteriyaların yeni növlərini aşkar edib. Trend İnterfaks agentliyinə istinadən bu barədə xəbər verir.
Yeni bakteriyaları Marinobacter salarius və Marinobacter similis adlandırıblar.
Alimlər bildirirlər ki, bu bakteriyaların xüsusiyyəti sintetik yuyucu vasitələr və bəzi dərman preparatlarının istehsalında geniş istifadə olunan detergentləri dağıtmaqdır.
Ola bilsin ki, yeni növ dəniz bakteriyaları çirkab suların təmizlənməsi vəzifənin öhdəsindən gəlməyə kömək edəcək.
Mənbə: Trend.Az