Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) Ebola epidemiyasından ölənlərin sayının 4033-ə yüksəldiyini açıqlayıb.
ANS PRESS-in məlumatına görə, ÜST-ün yaydığı yazılı açıqlamada Qvineya, Liberiya və Syerra Leonedə 8399 nəfərdə Ebola epidemiyası təhlükəsi aşkarlandığı bildirilir.
Liberiyada 4076 epidemiya daşıyıcısından 2316 nəfəri, Syerra Leonedə 2950 nəfərdən 930-u, Qvineyada isə 1350 nəfərdən 778-i dünyasını dəyişib.
Xəstəliyin xüsusilə bu üç ölkənin paytaxt şəhərlərində kök saldığı vurğulanır.
Qeyd edək ki, virusa yoluxanların 70 %-i xəstəlik nəticəsində ölür.
Mənbə: ANS PRESS