Qadin.NET / Hamını heyrətləndirən uşaq

Hamını heyrətləndirən uşaq

 

Hamını heyrətləndirən uşaq

ABŞ-da yaşayan 10 yaşlı uşaq qazandığı uğurla hamını təccübləndirir.
ANS PRESS-in məlumatına görə, Nyu-Cersidə yaşayan 10 yaşlı Kori Neves 5 il əvvəl anasının köməyi ilə öz şirkətini qurub. O, 2009-cu ildə – hələ 5 yaşında ikən anasının yanında işləməyə başlayır və “Mc Cory’s Cookies” adlı qurabiyə şirkətini qurur.
Ailəsinin ona göstərdiyi kömək nəticəsində işlərini sürətlə böyüdən balaca oğlan öz şirkətinin icraçı direktoru (CEO) olur. 
Az yaşında əldə etdiyi uğurla şöhrət qazanan Kori bir sıra məşhur televiziya proqramlarına da qonaq çağırılır. O, gələcəkdə işlərini daha da böyütmək, fəaliyyətini genişləndirmək fikrindədir. 
Məktəbə avtobusla gedib-gəlməkdən bezən balaca biznesmen artıq özünə avtomobil də alıb.

Mənbə: ANS PRESS

 

11 oktyabr 2014
GO BACK