Qadin.NET / Ən böyük müsəlman ölkəsində zəlzələ həyəcanı

Ən böyük müsəlman ölkəsində zəlzələ həyəcanı

 

Ən böyük müsəlman ölkəsində zəlzələ həyəcanı

Dünyada əhali sayına görə ən böyük müsəlman ölkəsi olan İndoneziyanın şimal və şərq hissələrində yeraltı təkanlar meydana gəlib.
ANS PRESS-in məlumatına görə, 5,2 bal gücündə qeydə alınan ilk zəlzələnin episentri İndoneziya və Filippinin sərhədinin yerləşdiyi Talaud arxipelaqından 31 kilometr cənub-qərbdə, zəlzələ ocağı isə Sulavesi dənizinin 43 kilomert dərinliyində baş verib. 
Maqnitudası 5,0 bal olan ikinci zəlzələnin episentri Tanimbar adalarından 176 km şimal-qərbdə – Molukki əyalətində, ocağı isə Banda dənizinin 145 km dərinliyində yerləşib.
Hər iki hadisədə dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. 
Sunami təhlükəsi barədə xəbərdarlıq edilməyib.

Mənbə: ANS PRESS

 

11 oktyabr 2014
GO BACK