Qadin.NET / Yağış yağdı, evləri su basdı

Yağış yağdı, evləri su basdı

 

Yağış yağdı, evləri su basdı

Fransanın cənub hissəsində aramsız yağan yağışlar daşqınlara səbəb olub. 
ANS PRESS-in məlumatına görə, çayların daşması, əsasən, Yuzes, Nim və Somier şəhərlərində fəsadlar törədib. Daşqın suları onlarla evi, yolları basıb. Yuzes və Nim şəhərində bəzi bölgələrdə suyun hündürlüyü 1 metrə çatıb. 
Sel yollarda avtomobilləri sürükləyərək aşırıb. Nəqliyyatın hərəkəti iflic vəziyyətinə düşüb. Daşqın suları regionun təsərrüfatına ciddi ziyan vurub. 
Elektrik şəbəkələrinin sıradan çıxması nəticəsində yüzlərlə ev işıqsız qalıb. Rəsmilər təbii fəlakətlə əlaqədar hələlik insan itkisi barədə açıqlama verməyiblər.

Mənbə: ANS PRESS

 

11 oktyabr 2014
GO BACK