Qadin.NET / Hava haqqında

Hava haqqında

 

Oktyabrın 11-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Milli.Az AzerTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında
gecə və səhər bəzi yerlərdə havanın çiskinli, gün ərzində dəyişkən buludlu olacağı gözlənilir.

Şimal-şərq küləyi 7-12 m/s, gündüz cənub-şərq küləyi 8-13 m/s olacaq.
Temperatur gecə 11-14° isti, gündüz 17-22° isti, Bakıda gecə 11-12° isti, gündüz 19-21° isti olacaq.
Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Şərq küləyi 5-10 m/s olacaq.
Temperatur gecə 5-10° isti, gündüz 19-24° isti təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Gündüz hava, əsasən, yağmursuz keçəcək.
Şərq küləyi 5-10 m/s olacaq.
Temperatur gecə 0-5° isti, gündüz 7-12° isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcək.
Şərq küləyi 5-10 m/s olacaq.
Temperatur gecə 7-12° isti, gündüz 15-20° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.
Şərq küləyi 5-10 m/s olacaq.
Temperatur gecə 5-10° isti, gündüz 13-18° isti , dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti təşkil edəcək.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Şərq küləyi 5-10 m/s olacaq.
Temperatur gecə 9-14° isti, gündüz 18-23° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
 arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Səhər dağlarda duman olacaq.

Şərq küləyi 5-10 m/s olacaq.
Temperatur gecə 11-14° isti, gündüz 15-20° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti təşkil edəcək.

Mənbə: Milli.Az

 

11 oktyabr 2014
GO BACK