Qadin.NET / İdmançılarımız çətin sınaq qarşısında

İdmançılarımız çətin sınaq qarşısında

 

İdmançılarımız çətin sınaq qarşısında

11-12 oktyabr 2014-cü il tarixdə Dağıstan Respublikasının Buynak rayonunda İ.X.Şıxsaidovun adına beynəlxalq turnir keçiriləcək. 
ANS PRESS-in Azərbaycan Güləş Federasiyasına istinadla verdiyi məlumata görə, turnirdə sərbəst güləş üzrə yığma komandanın üzvləri iştirak edəcək.
Yığma komandanın məşqçisi Siracuddin Eldarovun rəhbərliyi altında qonşu respublikaya 5 güləşçimiz yollanır. 
Yarışda ölkəmizi Elçin Vəliyev (57 kq), Qitinomaqomed Hacıyev (65 kq), Kamran Yunusov, Mircəfər Murtuzlu (hər ikisi 74 kq) və Məhəmməd Abdulxaliqov (86 kq) təmsil edəcək.

Mənbə: ANS PRESS

 

10 oktyabr 2014
GO BACK