Ermənistan Dövlət Statistika Komitəsi əhalinin gəlirləri ilə bağlı rəsmi nəticələri açıqlayıb.ANS PRESS-in məlumatına görə, sentyabr ayına olan statistikaya əsasən ölkədə zənginlərin orta aylıq gəlirləri kasıbların gəlirlərini 15,6 dəfə qabaqlayır. Ölkədə kasıb təbəqənin orta aylıq gəliri adambaşına 21 dollardır.Ermənistna zənginlərinin isə orta aylıq gəliri adambaşına 319 dollar təşkil edir. Erməni varlılarının standart ailə gəlirləri isə 1276 dollardır. Ermənilər hesablayıblar ki, ölkədə varlı biri maşın sahibi olmaq üçün ailə xərclərini çıxmaqla 3 ildən 7 ilə qədər işləməlidir. Ermənistan mətbuatı açıq şəkildə etiraf edir ki, ölkədə varlıların orta aylıq gəliri suni göstəricidir. İddialara görə, Ermənistanda dəbdəbəli həyat sürmək üçün 1,3 min dollar kifayət etmir. Bildirilir ki, erməni varlılar büdcə yoxlamarının olmasına maraqlı deyillər. Bu isə ölkədə korrupsiya faktının olduğuna əyani sübutdur.
Mənbə: ANS PRESS