Qadin.NET / Ombudsman müraciət etdi

Ombudsman müraciət etdi

Ombudsman müraciət etdi

Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12, 13 və 14 saylı cəzaçəkmə müəssisələrinə qısamüddətli başçəkmələr həyata keçiriblər.ANS PRESS-in Ombudsman Aparatında istinadla verdiyi məlumata görə, başçəkmə zamanı 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Mövsüm Səmədovla görüş keçirilmiş, saxlanma şəraiti araşdırılıb. Qeyd edilməlidir ki, M.Səmədov Qaradağ Rayon Məhkəməsinin qərarına əsasən, 2 il müddətinə həbsxana rejiminə keçirilib.13 saylı cəzaçəkmə müəssisəsinin karantin otağında saxlanılan Tofiq Yaqublu da qəbul edilib və vəziyyəti araşdırılıb. Görüş zamanı T.Yaqublu cəzaçəkmə müəssisəsində saxlanılma şəraiti və rəftarla bağlı narazı olmadığını bildirib.Həmçinin 14 saylı cəzaçəkmə müəssisəsində qəbul edilmiş Sərdar Əlibəyli də saxlanılma şəraiti və raftarla bağlı şikayət etməyib.Bu görüşlər zamanı qaldırılan məsələlərlə əlaqədar Ombudsman tərəfindən müvafiq səlahiyyətli dövlət orqanlarına müraciət edilib.

Mənbə: ANS PRESS

 

10 oktyabr 2014
GO BACK