Qadin.NET / Türkiyə kömək istəyir

Türkiyə kömək istəyir

 

Türkiyə kömək istəyir

Ankarada NATO rəhbəri Yens Stoltenberq və Türkiyə XİN rəhbəri Mevlut Çavuşoğlu arasında keçən görüşdə Türkiyənin İŞİD-ə qarşı mümkün addımları müzakirə olunub.ANS PRESS-in məlumatına görə, Türkiyənin xarici işlər naziri deyib ki, Suriyadakı İŞİD cihadçılarına qarşı ölkəsinin təkbaşına quruda əməliyyata başlamasını gözləmək real deyil.
"Yalnız Türkiyənin təkbaşına quruda əməliyyata başlamasını gözləmək real deyil. Müttəfiqlərimizlə danışıqlar davam etməkdədir. Ortaq qərara gəlindikdən sonra Türkiyə öhdəsinə düşənlərə əməl edəcək",- deyə Mevlut Çavuşoğlu mətbuat konfransında bildirib.
Mevlut Çavuşoğlu Suriya ilə sərhəd boyu hava məkanının uçuşlar uçün bağlı zona elan edilıməsinə səsləyib.
Türkiyədən isə Kobanini müdafiə edən kürdlərə daha çox yardım etmək tələb olunur.
Qeyd edək ki, yayılan məlumatlara əsasən, şiddətli döyüşlərdən sonra İŞİD Kobaninin təqribən üçdə birinə nəzarət edir.
Daha əvvəl isə Kobanidəki kürdlərin lideri gecə ərzində daha iki rayonun ağır silahlardan istifadə edən İŞİD-in nəzarətinə keçdiyini bildirmişdi.
Qeyd edək ki, NATO-nun baş katibi Yens Stoltenberq Türkiyəyə səfərə gəlib. Türkiyənin rəsmi informasiya mənbələrinin məlumatına görə, NATO baş katibi prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşüb. Görüşlərdə Suriya və İraq böhranı, həmçinin digər məsələlər müzakirə olunub. Söhbətdə NATO-nun bölgədə keçirdiyi antiterror əməliyyatlarının əhəmiyyəti vurğulanıb. Yens Stoltenberq Alyansın hər zaman Türkiyəni müdafiə etməyə hazır olduğunu diqqətə çatdırıb.
Xatırladaq ki, üç həftə ərzində Türkiyə-Suriya sərhəddində Kobani uğrunda İŞİD və kürd birləşmələr arasında gedən döyüşlərdə ən azı 400 nəfər həlak olub, 160 min suriyalı kürd sərhədi keçərək Türkiyəyə qaçmağa məcbur olublar.

 

Mənbə: ANS PRESS

10 oktyabr 2014
GO BACK