Qadin.NET / İtaliya şokda

İtaliya şokda

 

İtaliya şokda

Bu gün milli komandamızı qəbul edəcək İtaliya yığması ciddi itkilərlə üzləşib.ANS PRESS-in məlumatına görə, baş məşqçi Antonio Konte iki futbolçunun xidmətindən məhrum olub.İtaliya Futbol Federasiyasının rəsmi saytının məlumatına görə, PSJ-nin yarımmüdafiəçisi Tyaqo Motta və "İnter"in hücumçusu Pablo Osvaldo zədə səbəbindən heyətdən çıxarılıb. Bundan əvvəl isə eyni səbəbdən "Empoli"nin müdafiəçisi Daniele Ruqani və "Milan"ın yarımmüdafiəçisi Cakomo Bonaventura komandadan kənarlaşdırılmışdı.
Qeyd edək ki, bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə İtaliya yığması qarşılaşacaq.

 

Mənbə: ANS PRESS

10 oktyabr 2014
GO BACK