Qadin.NET / Bakı sakinlərinə həkim xəbərdarlığı

Bakı sakinlərinə həkim xəbərdarlığı

 

"Bu ilin yanvar ayından avqust ayına qədər Azərbaycan ərazisində 266 nəfər brüselloza yoluxub". Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına Respublika Gigiena və Epidemiologiya mərkəzinin xüsusi təhlükəli xəstəliklər bölməsinin rəhbəri Elmira Əliyeva bildirib. Bu müddət ərzində 24 nəfər brüselloza yoluxub.  

Onun sözlərinə görə, baytarlar mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirir, iri və xırda buynuzlu heyvanlar yoxlanılır.  
İnsanın brüselloza yoluxması xəstə heyvanla birbaşa kontakt zamanı, çiy süd içərkən və ya kustar üsulla hazırlanmış pendir yeyərkən baş verir.  
"Brüselloza yoluxmamaq üçün südü içməzdən əvvəl qaynatmaq lazımdır. Pendiri isə 50-60 sukta duzlu suda saxlamaq lazımdır. Təəssüflər olsun ki, bəzən bu qaydalara əməl edilmir", - Elmira Əliyeva bildirib.
Mənbə: Milli.Az

 

9 oktyabr 2014
GO BACK