Qadin.NET / Bu prezidentdən xəbər yoxdur

Bu prezidentdən xəbər yoxdur

Bu prezidentdən xəbər yoxdur
Şimali Koreya lideri Kim Çen Indan uzun müddətdir ki, xəbər yoxdur.ANS PRESS-in məlumatına görə, onun bir aya yaxındır ki, ictimaiyyət arasında görünməməsi diqqət çəkib.Bəzi şayiələrə görə onun səhhətində ciddi problemlər olduğu və ya siyasi böhran yaşadığı deyilir.31 yaşlı lider sülh təşəbbüsü üçün Cənubi Koreyaya səfər edən Şimali Koreya nümayəndə heyəti arasında da olmayıb. Onun baş müşavirləri keçən şənbə günü Cənubi Koreyaya səfər edib. Ziyarət son beş ildə ən yüksək səviyyəli görüş adlandırılıb.Oktyabrın 10-da keçirilməsi nəzərdə tutulan Koreya İşçi Partiyasının təsis edilməsinin yubileyi ilə bağlı tədbirdə liderin iştirak edib-etməyəcəyi dəqiq bilinmir.Əgər Kim Çen In tədbirdə iştirak etməsə, bu, onun ciddi fiziki və siyasi problemlər yaşadığına işarə olacaq.

Mənbə: ANS PRESS

9 oktyabr 2014
GO BACK