Qadin.NET / Obama məşhurları Ağ evə dəvət etdi

Obama məşhurları Ağ evə dəvət etdi

Obama məşhurları Ağ evə dəvət etdi
Oktyabrın 8-də Ağ evdə dünya moda sənayesi üçün vacib hadisə baş verib. ABŞ-ın birinci xanımı Mişel Obama aparıcı Amerika dizaynerlərini, redaktor və tələbələrini gənc istedadların karyerasında vacib addım olacaq "Fashion Education Workshop" seminarına dəvət edib.Bu gecənin əsas xüsusiyyəti məşhur dizayner və redaktorlarla bir stol arxasında tələbələrin əyləşməsi olub. Anna Vintur da daxil olmaqla, moda sənayesinin vacib simaları məhz onlar üçün toplaşıblar. Bu tədbir Ağ evin hər bir qonağı üçün vacib rol oynayır. Amerika modasının əsas şəxsləri ilə qeyri-rəsmi şəraitdə söhbət etmək həyatda bir dəfə verilən şansdır. Bununla belə, Prabal Qurunq, Zak Pozen, Rid Krakoff və bir çox digərləri ilə bir stol arxasında əyləşmək şansı qazananlar bu günü bütün həyatları boyu unutmayacaqlar.

Mənbə: ANS PRESS

9 oktyabr 2014
GO BACK