Qadin.NET / Öz qapımıza yenə qol vuracağıq?

Öz qapımıza yenə qol vuracağıq?

 

Öz qapımıza yenə qol vuracağıq?

Sabah milli komandamız AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək. ANS PRESS-in məlumatına görə, komandamız səfərdə İtaliya millisi ilə qarşılaşacaq. Fanat.az xəbər verir ki, bu Azərbaycan və İtaliya milliləri arasında 3-cü matç olacaq.
Komandalar bundan əvvəl AVRO-2004-nü seçmə mərhələsində üz-üzə gəlib. 2002-ci ilin 7 sentyabrında Bakıda baş tutan oyunda italyanlar 2:0 hesablı qələbə qazanıb. İlk qolu qapımıza hazırda AZAL-ı çalışdıran Tərlan Əhmədov vurub. 2003-cü ilin 11 oktyabrında İtaliyada baş tutan matçda isə meydan sahibləri 4:0 hesablı qələbəyə sevinib.
Həmin vaxt millimizin formasını geyinən futbolçulardan sadəcə ikisi karyerasını davam etdirir. Belə ki, hər iki oyunda 90 dəqiqə oynamış Rəşad Sadıqov hazırda millinin heyətindədi. Zədəsi olan kapitanın meydana çıxıb-çıxmayacağı bilinmir. İndi "Xəzər Lənkəran"ın qapısını qoryan Cahangir Həsənzadə isə 2003-cü ildə İtaliyada baş tutan matçın 56-cı dəqiqədəsində Dmitri Kramarenkonun yerinə meydana çıxıb. O, artıq milliyə çağırılmır.
Hazırkı İtaliya yığmasında isə iki nəfər əvvəllr millimizə qarşı oynayıb. Belə ki, komandanın kapitanı Canluici Buffon hər iki matçda 90 dəqiqə qapını qoryub. Andrea Pirlo yığmada millimizlə oyunda debüt edib. O, 2002-ci ildə Bakıda baş tutan matçın 76-cı dəqiqəsində Filippo İnzaqinin yerinə meydana çıxıb və ilk dəfə milli formanı geyinib.
Azərbaycan - İtaliya 0:2
Qollar: Tərlan Əhmədov, 33 (avtoqol). Alessandro Del Pyero, 65.
7 sentyabr 2002-ci il. Tofiq Bəhramov adına Respublika stadionu. 28000 tamaşaçı.
İtaliya - Azərbaycan 4:0
Qollar: Kristian Vyeri, 15. Filippo İnzaqi, 23; 86. Marko Di Vayo, 64. 
11 oktyabr 2003-cü il. Oreste Qranillo stadionu. 22100 tamaşaçı.

 

Mənbə: ANS PRESS

9 oktyabr 2014
GO BACK